Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəşad Nəbiyev ABŞ qubernatoru ilə "ağıllı kənd" konsepsiyasını müzakirə edib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə nazir öz “Twitter” hesabında qeyd edib.

“ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdük. Hazırlanmaqda olan rəqəmsal transformasiya konsepsiyamız, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə icra olunan “ağıllı kənd” layihəsi ətrafında fikir mübadiləsi apardıq”, - deyə R.Nəbiyev qeyd edib.

28 İyul 2021 18:08 - TEXNİKA
TEXNİKA
20 Oktyabr 2021 | 17:49
"Facebook" adını dəyişəcək

Köhnə versiyamızdan xəbərləri izlə