Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elektron Hökumətin İnkişafı Mərkəzi COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması üçün xüsusi mobil tətbiq hazırlanıb.

"Xalq qəzeti" xəbər verir ki, bunu EHİM-in direktoru Fariz Cəfərov deyib.

Mərkəzin direktoru bildirib ki, sentyabrın 1-dən etibarən istifadəyə veriləcək mobil tətbiqdən qurumların və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxsləri istifadə edəcəklər: “Tətbiq vasitəsilə sistemə daxil olan səlahiyyətli şəxs vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla və ya şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə onun COVID-19 pasportunun olub-olmamasını yoxlaya biləcək. Vətəndaşlar COVID-19 sertifikatlarına “myGov.az” elektron hökumət portalı və ya mobil tətbiqi, e-TƏBİB mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər”.

27 İyul 2021 16:48 - TEXNİKA
TEXNİKA
20 Oktyabr 2021 | 17:49
"Facebook" adını dəyişəcək

Köhnə versiyamızdan xəbərləri izlə