Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İn-fa” qasırğası Çinin şərq sahillərinə çatıb

İlin 6-cı qasırğası olan “İn-fa” Çinin şərqindəki Cıcian vilayətinin sahillərinə çatıb.

Yerli vaxtla 12:30-da Couşan şəhərinə çatan “İn-fa”nın qasırğası sürəti saniyədə 38 metrə çatan külək gətirib. Gün ərzində qasırğanın Ciasin şəhərinə və qonşu Ciansu vilayətinin Çidon şəhərinə də çatacağı proqnozlaşdırılıb. “İn-fa” qasırğasının Cıcian, Ciansu və Anhuy vilayətlərində, habelə Şanxay şəhərində şiddətli yağışlara səbəb olacağı gözlənilir.

Qasırğa ilə əlaqədar Çinin maliyyə mərkəzi olan Şanxay şəhərinin və Cıcian vilayətinin hava limanlarında bütün uçuşlar əvvəlcədən təxirə salınıb. Çin Mülki Aviasiya Administrasiyası qasırğanın ümumilikdə 13 hava limanında uçuşlara mənfi təsir edəcəyini, 3 min 476 uçuşun ləğv edildiyini, 176 təyyarənin başqa şəhərə yönəldildiyini açıqlayıb. Bundan başqa, liman şəhəri olan Ninbonun dəmir yolu vağzallarından iki gün müddətinə qatarların hərəkəti dayandırılıb. Bəzi magistral yolları avtomobillərin hərəkəti üçün bağlanıb. Şanxaydakı bir neçə turizm və əyləncə mərkəzi, o cümlədən məşhur “Disneyland” də fəaliyyətini müvəqqəti dayandırıb.

Digər müvafiq qurumlar da əvvəlcədən gücləndirilmiş iş rejiminə keçiblər.

25 İyul 2021 16:16 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 Sentyabr 2021 | 03:02
842 milyon avro ianə
25 Sentyabr 2021 | 03:01
Yeni treyler yayımlanıb
25 Sentyabr 2021 | 03:00
Avtoportret satılır
25 Sentyabr 2021 | 02:59
Rusiyada yeni antirekord
24 Sentyabr 2021 | 06:04
Loqo təqdim edilib
24 Sentyabr 2021 | 06:04
PUA-lar təhvil alınır

Köhnə versiyamızdan xəbərləri izlə