Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Güclü “Nepartak” tropik qasırğası Olimpiya Oyunlarının keçirildiyi Tokioya leysan yağışlar gətirəcək

Güclü “Nepartak” qasırğası Olimpiya Oyunlarının davam etdiyi Tokioya leysan yağışlar və böyük dalğalar gətirəcək.

Yaponiya Meteorologiya Agentliyi xəbər verir ki, Sakit okeanda formalaşan tropik qasırğa hazırda Hönşü adası istiqamətində hərəkət edir.

Bildirilir ki, tropik qasırğa nəticəsində adanın şərqində, həmçinin Yay Olimpiya Oyunlarının keçirildiyi Tokioya 100-150 millimetr yağıntı düşəcək, dalğaların hündürlüyü isə 6-8 metrə çatacaq.

Qeyd edilir ki, hazırda qasırğanın mərkəzində küləyin sürəti saniyədə 20 metrə, güclü əsdikdə isə 30 metrə çatır. Bildirilir ki, “Nepartak” cari fəsildə Sakit okeanda əmələ gələn sayca səkkizinci tropik qasırğadır və onun daha da güclənəcəyi ehtimal olunur.

Tokio Olimpiadasının təşkilat komitəsinin bildirdiyinə görə, qasırğa yarışların cədvəlinin dəyişməsinə səbəb ola bilər. Onlardan bir neçəsinin tarixinin iyulun 26-dan sonrakı tarixlərə dəyişdirildiyi artıq elan edilib.

Bununla yanaşı, nəmişliyin yuxarı olduğu Tokioda isti hava şəraiti hökm sürür. Son günlər havanın hərarətinin 35 dərəcəyədək qalxdığı qeyd edilir. İsti hava şəraitinə görə 30-dan çox insanın xəstəxanalara yerləşdirildiyi də bildirilir.

25 İyul 2021 14:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 Sentyabr 2021 | 03:02
842 milyon avro ianə
25 Sentyabr 2021 | 03:01
Yeni treyler yayımlanıb
25 Sentyabr 2021 | 03:00
Avtoportret satılır
25 Sentyabr 2021 | 02:59
Rusiyada yeni antirekord
24 Sentyabr 2021 | 06:04
Loqo təqdim edilib
24 Sentyabr 2021 | 06:04
PUA-lar təhvil alınır

Köhnə versiyamızdan xəbərləri izlə