Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bolqarıstan Balkanlarda ən uzun tunelin inşasına başlayır

Bolqarıstan Balkanlarda ən uzun tunelin inşasına başlayıb. Tunel Sofiya ilə Burqas arasındakı dəmir yolunun bir hissəsi olacaq. Tunel Sofiyadan təxminən 30 kilometr məsafədə bir dağlıq ərazidə yerləşəcək və 6,8 km uzunluğunda olacaq ki, bu da Bolqarıstanın Koznitsadakı ən uzun tunelinin uzunluğundan iki dəfə çox olacaq. Bu layihə 15 ildir inşası davam edən Sofiyadan Burqasa gedən dəmir yolunun modernləşdirilməsinə dair böyük bir layihənin bir hissəsidir. Layihənin 2030-cu ilə qədər tamamlanacağına ümid edilir. Vəsait Avropa İttifaqı Nəqliyyat Əməliyyat Proqramı tərəfindən təmin edilib. Tunelin inşası üçün müqavilənin dəyəri 300 milyon avrodur. Tunelin inşası İstanbulda yeni hava limanının inşasında iştirak edən türk şirkətləri tərəfindən aparılır.

25 İyul 2021 09:35 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Sentyabr 2021 | 00:43
COMAC-ın açıqlaması
18 Sentyabr 2021 | 00:40
Ukraynada rekord yoluxma
18 Sentyabr 2021 | 00:39
Hollivud ulduzu vəfat edib
17 Sentyabr 2021 | 00:16
“Google” cərimələnib

Köhnə versiyamızdan xəbərləri izlə