Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da bitki örtüyünün azalması iqlim dəyişikliyinə mənfi təsir edir

Ağac itkilərinin səbəb olduğu ən böyük problem qlobal istiləşmədir. Alimlərin araşdırmalarına görə, ağaclar gündüz temperaturu 10 – 12 dərəcə endirə bilər. ABŞ-da bitki örtüyünün sürətlə azalması isə qlobal ekosistemi böyük miqyasda zərərə uğradır. Ötən il ABŞ Meşə Xidməti (US Forest Service) tərəfindən son beş il ərzində ABŞ-ın şəhər və kənd ərazilərindən hər il 36 milyon ağacın azaldığı, bunun da yaxın zamanda qlobal istiləşmələrə, iqlim dəyişikliklərinə səbəb olacağına dair xəbərdarlıq edən bir məqalə dərc edilmişdi.

ABŞ Meşə Xidmətinin baş elmi işçisi David Novak qeyd edib ki, əgər bu yolla davam edilsə, şəhərlər həddindən artıq istiləşəcək, çirklənəcək və yaşamaq mümkün olma­yan xarabalıqlara çevriləcək. D.Novak daha sonrakı açıqlamasında bildirib ki, bitki örtüyünün azalması ilə, qasırğalar, tornadolar, yan­ğınlar, böcəklər və xəstəliklər də daxil olmaqla bir sıra gözlənilməz təbiət hadisəsini proqnozlaşdırmaq olar.

Dünyanın bitki örtüyü bütünlükdə vahid bir eko­sistemi əmələ gətirdiyindən, ABŞ-da davam edən proses dünya üçün həyəcan siq­nalı deməkdir. Belə ki, bu il dünyanın müxtəlif ölkələrində istidən ölənlərin sayı 1000 nəfəri ötüb.

Hazırladı: İmran ƏLİYEV, “Xalq qəzeti”

25 İyul 2021 01:08 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Sentyabr 2021 | 00:43
COMAC-ın açıqlaması
18 Sentyabr 2021 | 00:40
Ukraynada rekord yoluxma
18 Sentyabr 2021 | 00:39
Hollivud ulduzu vəfat edib
17 Sentyabr 2021 | 00:16
“Google” cərimələnib

Köhnə versiyamızdan xəbərləri izlə