Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musson yağışları 140 nəfərin həyatına son qoyub

 

 

“Indiatimes.com” saytının yaydığı məlumata görə, iki sutka ərzində Hindistanın qərbindəki Maharaştra ştatını cənginə alan güclü leysan yağışları 140 nəfərin həyatına son qoyub.

Mənbə qeyd edir ki, Maharaştra ştatının bəzi rayonları­na iqlim normasından artıq 400-600 millimetr yağıntı düşüb.

Rəsmi qurumların məlumatına görə, 36 nəfər sahilyanı Rayqad dairəsində leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində həyatını itirib. Həmçinin 27 nəfər Satar dairəsində, 7 nəfər ştatın paytaxtı Mumbay şəhərində həlak olub. Digər cəsədlər isə Qondiya və Çandrapur regi­onlarının müxtəlif yaşayış məntəqələrində aşkarlanıb.

Qeyd edilir ki, güclü musson yağışları iki gün ərzində Mumbay şəhəri ilə yanaşı, Rayqad, Ratnagiri, Palqhar, Thane, Sindhudurq, Kolhapur, Sanqli və Satara dairələrində daşqınlara səbəb olub. Maharaştra ştatının hakimiyyət orqanları su altında qalan zonalardan 84 mindən çox insanın təxliyə edildiyini bildirib. Təbii fəlakət nəticəsində 54 kənd tamamilə su altında qalıb, 821 kənd isə qismən zərər görüb. Hindistanın Hərbi Dəniz Qüvvələrinin bölmələri və helikopterləri xilasetmə əməliyyatlarına cəlb olunub.

Mütəxəssislərin sözlərinə görə, belə güclü yağışlar ştat­da təxminən son 40 ildə ilk dəfədir müşahidə edilir.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

25 İyul 2021 01:20 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Sentyabr 2021 | 00:43
COMAC-ın açıqlaması
18 Sentyabr 2021 | 00:40
Ukraynada rekord yoluxma
18 Sentyabr 2021 | 00:39
Hollivud ulduzu vəfat edib
17 Sentyabr 2021 | 00:16
“Google” cərimələnib

Köhnə versiyamızdan xəbərləri izlə