Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabının təqdimatı olub

 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitabının təqdimat mərasimi keçirilib.

AMEA-nın Əsas binasında baş tutan tədbiri giriş sözü ilə açan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli Akademiyanın tarixindən danışıb, elm məbədinə həsr olunan kitabı yüksək qiymətləndirib.

Sonra çıxış edən nəşrin müəllifi Günel Məlikli əvvəlcə tədbir iştirakçıla­rına öz minnətdarlığını bildirib və çıxışı zamanı akademiyanın keçdiyi şərəfli yola nəzər salıb, eləcə də kitabın ərsəyə gəlmə prosesinə toxunub. O qeyd edib ki, kitabın baş elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdi­yev, elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri Fəlsəfə və Sosiologiya İns­titutunun direktoru, professor İlham Məmmədzadə və fəlsəfə elmləri doktoru İzzət Rüstəmovdur.

Günel Məliklinin sözlərinə görə, əsərdə Azərbaycan elminin, milli təfəkkürün, mədəniyyətin inkişafında mühüm rolu olan AMEA-nın yaran­masının respublikamızın tarixinin ən əlamətdar hadisələrindən biri olduğu, akademiyanın ölkədə elmi düşüncənin yaranmasına, inkişafına təkan verdiyi vurğulanıb, o cümlədən Azərbaycan alimlərinin nüfuzlu əsərlərindən, yenilik və ixtiralarından bəhs edilib. Diqqətə çatdırıb ki, həmçinin kitabda Azərbaycan elminə xüsusi həssaslıqla və böyük ehtiramla yanaşan ulu öndər Heydər Əliyevin AMEA-nın inkişaf etdirilməsinə hər zaman dövlət səviyyəsində qay­ğısından da söz açılıb. Bundan əlavə, Prezident İlham Əliyevin apardığı geniş­miqyaslı islahatlar, inkişaf strategiyası, AMEA-ya diqqət və qayğısı da nəşrdə əks olunub. Eyni zamanda, vəsaitdə AMEA prezidentlərinin həyat və yaradı­cılığı, akademiyanın institutları haqqında geniş məlumat, aparılan elmi araşdır­malar və Azərbaycanda elmin inkişafı istiqamətində görülən işlər də oxuculara təqdim olunur.

Daha sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev çıxış edərək bu gün akademiya­da qocaman kadrlarla gənclərin çiyin-çiyinə çalışmasını yüksək qiymətləndirib və onların təkcə Azərbaycan elminə deyil, eyni zamanda, dünya elminə töhfə verdiklərini deyib.

Təqdimat mərasimində, həmçinin nəşrin rəyçisi fəlsəfə elmləri doktoru İzzət Rüstəmov, həmin müəssisənin əməkdaşları, fəlsəfə elmləri doktor­ları Füzuli Qurbanov, Adil Əsədov, o cümlədən siyasi elmlər doktoru Adil Mirabdullayev və Bakı Dövlət Univer­sitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə çıxış edərək əsərlə bağlı təəssüratlarını bölü­şüb, nəşri yüksək qiymətləndiriblər.

Anar ƏLI,“Xalq qəzeti”

25 İyul 2021 01:04 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə