Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan yeni reallıqla barışmağa məcburdur

 

 

Politoloq Şəbnəm Həsənova bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə Rusiyaya reallaşdırılan səfərindən bir daha məlum oldu ki, yaranmış yeni reallıqla bağlı iki dövlətin mövqeyi üst-üstə düşür. Yəni, Zəngəzur dəhlizi mütləq qaydada açılmalı­dır. Ş.Həsənova qeyd edib ki, Ermənistan tərəfinin əsassız bəyanatlar səsləndirməsi, təxribatlar törətməsi qəbuledilməzdir: “Bu bəyanatların, təxribatların, illər ərzində yalan tarix uydurmağın, boş xəyallarla yaşa­mağın nəticəsi onlara 44 günlük müharibədə yaxşı izah edildi. Torpaqlarını azad edən Azərbaycan dövləti indi də ərazi bütövlüyünü müdafiə etməyə, eyni zamanda regionda sülh və təhlükəsizliyi təmin etməyə qadirdir.

Azərbaycan xalqının maraqlarını rəhbər tutan Prezident İlham Əliyev bütün rəsmi və qeyri-rəsmi görüşlərdə prinsipiallıq, qəti mövqe nüma­yiş etdirib, beynəlxalq kürsülərdən Ermənistan–Azərbaycan münaqişəsini dünyanın nəzərinə çatdırıb. Artıq status haqqında söhbət gedə bilməz. “Dağlıq Qarabağ” adlı ərazi vahidi də yoxdur. İndi Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası mövcuddur.

Aİ Şurasının prezidenti kimi böyük Avropa adından çıxış edən Şarl Mişel də “status” və “Dağlıq Qarabağ” sözlərini işlətmədi. Deməli, Rusiya kimi, bu qurum da yeni reallığa mü­vafiq hərəkət edir. Lakin biz onu da vurğulamalıyıq ki, necə olur ki, Avropa İttifaqı Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmağa hazırlaşır, Azərbaycana isə heç bir vəsait ayırmır? Bu çox ədalətsiz mövqedir. O ki, qaldı xəyallara və illüziyalara, deməliyik ki, 25 min insan üçün status yarat­maq xəyalındansa getsinlər, xarici ölkələrdə 1 milyonluq, ya da 500 minlik, 100 minlik erməni yaşayan yerlərə status versinlər. Azərbaycan yeni yaratmış olduğu reallıqlara uyğun olaraq öz işini görür. Baxmayaraq ki, müharibədən 8 ay keçib, ancaq Pre­zident İlham Əliyevin rəhbərliyi altında bərpa və yenidənqurma işləri sürətlə gedir. Dövlətimiz tərəfindən çevik şəkildə görülən işləri xalqımız da təqdir edir”.

“Xalq qəzeti”

25 İyul 2021 00:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə