Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Keşikçidağda Tunc dövrünə aid böyük kurqanlar aşkar edilib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihə həyata keçirilir.

Bu barədə "Xalq qəzeti"nə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinədən məlumat verilib.

Bildirilib ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə qoruq ərazisində yerləşən Sarıyoxuş dərəsi adlanan yerdə 2 kurqanda arxeoloji qazıntılar aparılır. Ərazidə yerləşən çoxsaylı kurqanlardan ikisi tədqiq olunub. İlkin tədqiqatlar zamanı dəfn kamerasında Son Tunc və İlk Dəmir dövründə mövcud olmuş Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti üçün xarakterik olan qara cilalı, üzəri naxışlı bir neçə küp, tuncdan qılınc, dəvə gözü daşından (obsidian) və çaxmaq daşından ox ucluqları, ülgüclər, tuncdan hazırlanmış geyim aksessuarları tapılıb.

Kurqanların birində həmçinin qədim Şərqdə geniş yayılmış silinirik möhür və dövrünün yüksək statuslu şəxsinə məxsus olduğu ehtimal olunan müxtəlif heyvanların qalıqlarının yer aldığı qurbangah aşkar olunub.

Bildirib ki, kurqanlardan aşkar olunmuş üzvü tapıntılardan götürülmüş nümunələrin radiokarbon analizindən sonra dəfn yerlərinin əhatə etdiyi tarixi dövr tam dəqiqləşəcək. Eyni zamanda kurqanların qorunması üçün də müvafiq işlər həyata keçiriləcək.

Qeyd edək ki, iyunun 15-dən başlayan layihədə qoruğun əməkdaşları ilə yanaşı könüllülər də yaxından iştirak edirlər. Layihənin fəal iştirakçılarına Dövlət Xidmətinin sertifikatları təqdim olunub.

24 İyul 2021 21:54 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə