Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tokio Olimpiadasının ən gənc iştirakçısı mübarizəni dayandırıb

Tokio Olimpiadasının ən gənc iştirakçısı – 12 yaşlı suriyalı stolüstü tennisçi Hend Zaza mübarizəni dayandırıb.

 "Xalq qəzeti" xəbər verir ki, suriyalı idmançı ilk qarşılaşmada Avstriya təmsilçisi Cia Liuya 0:4 hesabı ilə məğlub olub.

İdmanın onda özünəinamı və güclü olmağı formalaşdırdığını deyən suriyalı atlet bildirib: “İdman qadınlar üçün sağlamlığın başlanğıcıdır. İdman, həmçinin həlledici qərarlar verməkdə də mənə kömək edir. İdman sayəsində səbirli olmağı öyrəndim. 2016-ci ildən Olimpiadada iştirak etməyi qarşıma məqsəd qoydum və buna nail oldum. “Tokio-2020” mənim üçün ilk Olimpiadadır. Ümid edirəm ki, növbəti Olimpiya Oyunlarında da iştirak edəcəyəm”.

24 İyul 2021 18:51 - İDMAN
İDMAN
17 Sentyabr 2021 | 00:18
Rekord təkrarlanıb
16 Sentyabr 2021 | 00:24
Yeni baş məşqçi

Köhnə versiyamızdan xəbərləri izlə