Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən gün respublika ərazisində 156 toy şənliyinin monitorinqi aparılıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri iyulun 23-də Bakı şəhərində və respublikanın digər ərazilərində 156 toy şənliyinin monitorinqini həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, monitorinq 99 şadlıq sarayında, 2 kafe və restoranda, 55 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə bir nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb. Həmçinin 2 şəxs (1 vəzifəli və 1 fiziki) barəsində materiallar baxılması üçün məhkəməyə göndərilib. Bundan başqa, 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən 55 min 500 manat məbləğində cərimələnib. COVID-19 pasportu olmadığına görə 741 nəfər şənliyə buraxılmayıb.

24 İyul 2021 18:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə