Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boksçumuz Məhəmməd Abdullayev Tokio Olimpiadasına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Məhəmməd Abdullayev “Tokio-2020” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

"Xalq qəzeti" xəbər verir ki, 91 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən boksçumuz Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Abdullayev turnirin səkkizdəbir final mərhələsinə yüksəlib. Boksçumuzun rəqibi özbəkistanlı Bahodir Calolov olacaq. Görüş iyulun 29-da keçiriləcək.

Daha əvvəl boksçularımız Tayfur Əliyev (57 kq) vyetnamlı Duonq van Nquyenə, Lorenso Sotomoyor (69 kq) isə gürcüstanlı Eskerxan Madievə uduzaraq “Tokio-2020”də mübarizəni dayandırıblar.

24 İyul 2021 16:24 - İDMAN
İDMAN
17 Sentyabr 2021 | 00:18
Rekord təkrarlanıb
16 Sentyabr 2021 | 00:24
Yeni baş məşqçi

Köhnə versiyamızdan xəbərləri izlə