Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müəllimlərin işə qəbulu müsabiqəsində 30 mindən çox namizəd test imtahanı verib

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi davam edir.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə bildirilib ki, bu günədək müxtəlif fənlər üzrə 30 mindən çox namizəd test imtahanı mərhələsində iştirak edib.

Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsinə iyulun 5-də start verilib və avqustun 2-də başa çatacaq.

Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.

24 İyul 2021 15:08 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə