Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AŞPA məruzəçisi Azərbaycana gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) Azərbaycana səfər edəcək.
 
"Xalq qəzeti" AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, iyulun 26-dan 28-dək Azərbaycanda səfərdə olacaq AŞPA məruzəçisi "Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hesabatı üçün informasiya toplayacaq.

Paul Qavan Bakıda Milli Məclisin sədri, parlament üzvləri və münaqişənin humanitar nəticələri ilə məşğul olan müxtəlif nazirliklərin nümayəndələri ilə görüşlər keçirəcək. AŞPA məruzəçisi həmçinin köçkünlərlə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək.


Qeyd edək ki, AŞPA məruzəçisi artıq 2021-ci ilin mayında bu hesabatın hazırlanması kontekstində Ermənistanda səfərdə olub.
 
Paul Qavan hesabatını sentyabr ayında təqdim edəcək.
24 İyul 2021 17:11 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə