Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Xalq qəzeti"nə bildirilib ki, məlumat əsasında dərhal FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub. Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.

24 İyul 2021 14:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə