Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naziri Anar Kərimov məşhur fotojurnalist Reza Deqati ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Fransada yaşayan dünya şöhrətli azərbaycanlı fotojurnalist Reza Deqati ilə görüşüb.

Nazirlikdən "Xalq qəzeti"nə bildirilib ki, görüş zamanı R.Deqati Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında danışaraq Vətən müharibəsində çəkdiyi fotoşəkillər, şahidi olduğu dəhşətli mənzərələr haqqında təəssüratlarını bölüşüb.

R.Deqati bildirdi ki, Azərbaycanın tarixi və mədəni irsinə qarşı törədilən təcavüzləri öz fotoları ilə beynəlxalq ictimaiyyətə çatdıraraq, yaşanmış hadisələri, xalqımızın çəkdiyi ağrı-acını öz əsərlərində canlandırmağa müvəffəq olub.

Nazir Anar Kərimov R. Deqatiyə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də obyektiv qiymət verilməsi tətbiqində əvəzsiz xidmətlərinə görə təşəkkürünü bildirib.

24 İyul 2021 12:54 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə