Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Magistraturaya qəbul olunanların elektron qeydiyyatı davam edir

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesi davam edir.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə bildirilib ki, qeydiyyat prosesi iyulun 26-sı saat 23:59-da başa çatacaq.

Bakalavrlar portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidir.

Qeyd edək ki, magistratura səviyyəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün yaradılmış alternativ qeydiyyat mərkəzləri bu şənbə - iyulun 24-də fəaliyyət göstərir. Mərkəzlər iyulun 25-də fəaliyyət göstərməyəcək.

24 İyul 2021 12:32 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə