Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ali məktəblərə qəbul olmaq üçün 13 minədək subbakalavr ərizəsini təsdiqlədib

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq etməlidirlər.

Bu barədə "Xalq qəzeti"nə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 10:45-ə olan məlumata görə, 12 min 866 subbakalavr elektron ərizəsini təsdiqlədib.

24 İyul 2021 12:09 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə