Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Tokio-2020"nin ilk qızıl medalçısı məlum olub - FOTO

Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk medalçıları müəyyənləşib.

 "Xalq qəzeti" xəbər verir ki, bu, güllə atıcılığında olub.

Belə ki, qadınlar arasında 10 metr məsafədən atəşaçmada çinli Yan Çyan 251,8 göstərici ilə Olimpiadanın ilk qızıl medalını qazanıb. Rusiyalı Anastasiya Qalaşina (251,1) gümüş, isveçrəli Nina Kristen (230,6) isə bürünc mükafata layiq görülüb.

 

Qeyd edək ki, kişilərin güllə atıcılığında Azərbaycanı Ruslan Lunyov təmsil edir.

24 İyul 2021 10:27 -

Köhnə versiyamızdan xəbərləri izlə