Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Merkel: Almaniya Türkiyə ilə əlaqələrini inkişaf etdirəcək

Almaniya Kansleri Angela Merkel Berlindəki “Mətbuat evi”ndə hər il təşkil olunan ənənəvi mətbuat konfransında bildirib ki, ölkəsi Türkiyə ilə sıx əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdır. Xəbəri “Anadolu” agentliyi yayıb.

Kansler sonra qeyd edib ki, Türkiyənin Avropa İttifaqı­na üzvlük məsələsi ilə bağlı onun siyasi mövqeyi bəllidir (Almaniya lideri qardaş ölkənin bu quruma daimi üzvlüyünə qarşı çıxır – müəllif), bununla bərabər, o, şəxsən hazırda rəsmi Ankara ilə hərtərəfli sıx əlaqələr qurmaq üçün əlindən gələni edir.

Almaniya hökumətinin başçısı bildirib ki, Aİ ilə Türkiyə arasında miqrantlar problemi ilə bağlı əldə olunmuş razılaşmanın qüvvədə qalması vacibdir. Bundan başqa, Almaniya hökuməti Türkiyənin Gömrük İttifaqı ilə sazişinin yenilənməsi tərəfdarı kimi çıxış edir.

A.Merkel xatırladıb ki, Aİ-nin son sammitində Türkiyədə məskunlaşan suriyalı qaçqınla­rın problemlərinin həlli üçün 3 milyard avro ayrılması barədə qərar qəbul edilib. Onun sözlərinə görə, bu məsələni o, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ilə geniş müzakirə edib. Kansler vurğulayıb ki, qaçqınlara yar­dım ayrılması humanist addım­dır və bu problemi bəzilərinin cəhd etdiyi kimi, siyasi alver vasitəsinə çevirmək düzgün olmaz.

Almaniya Kansleri ”Mətbuat evi”ndəki çıxışında etiraf edib ki, Türkiyə hökuməti və xalqı suriyalı qaçqınlara böyük qayğı göstərir. A.Merkel çıxışının sonunda deyib: “Bu ölkədə qaçqınlarla bağlı bir çox gözəl təşəbbüslər həyata keçirilib. Biz Türkiyəyə dəstək veririk. Əlbəttə, bu, dəryada bir damla­dır. Mən bu razılaşmanın daha da genişlənməsini arzulayıram. Yalnız bu halda bu insanlara daha çox kömək etmək olar”.

M.HACIXANLI, “Xalq qəzeti”

24 İyul 2021 00:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Oktyabr 2021 | 01:20
Türk dili tədris ediləcək
17 Oktyabr 2021 | 01:18
Rusiyada yoluxma artır
16 Oktyabr 2021 | 00:51
Afinada güclü fırtına
16 Oktyabr 2021 | 00:49
Əfqanıstanda güclü partlayış
15 Oktyabr 2021 | 23:58
PUA-lara tələbat artır

Köhnə versiyamızdan xəbərləri izlə