Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çində təbii fəlakət qurbanlarının sayı artır

 

 

“Sinxua” agentliyinin yaydığı məlumata görə, Çinin Henan vilayətində son bir həftə ərzində yağan mövsümi yağışların törətdiyi fəsadlar səbəbindən ölənlərin sayı 51 nəfərə yüksəlib.

Mənbə vilayətin təbii fəlakətlərlə mübarizə komissiyasına istinadla xəbər verir ki, sel və daşqın 3 milyondan çox sakinin həyatına mənfi təsir göstərib. Təbii fəlakət zonasından 400 minə yaxın sakin təxliyə edilib. İnfrastruktura, fərdi mənzillərə, kommersiya obyektlərinə, avtomobillərə xeyli ziyan dəyib. On minlərlə hektar əkin sahəsi məhv olub. İqtisadiyyata dəyən maddi zərər 65,5 milyard yuan (təxminən 10,12 milyard ABŞ dolları) dəyərində qiymətləndirilir.

Qeyd edilir ki, iyulun 16-dan bəri yağan şiddətli yağışlar Henan vilayətində son 60 ilin ən böyük təbii fəlakətini yaradıb. Mövsümi yağışlar vilayətin paytaxtı Cencou şəhərinin küçələrində böyük axınlara səbəb olub. Yağıntının miqdarı illik normaya yaxınlaşıb. Çinin nəqliyyat qovşaqlarından olan Cencouda ictimai nəqliyyatın, habelə şəhərlərarası təyyarə və qatarların hərəkəti iflic olub. Magistral yollar bağlanıb. Təbii fəlakətlə mübarizə tədbirlərinə 40 minə yaxın canlı qüvvə, eləcə də hərbçilər cəlb olunub.

Səlahiyyətli qurumlar yağışların səngiməsini nəzərə alaraq, fövqəladə hazırlıq səviyyəsini 3-cü pilləyə endirib. Artıq müxtəlif istiqamətlər üzrə nəqliyyatın hərəkətinin bərpası istiqamətində işlər yekunlaşıb. Cencou şəhərində ictimai nəqliyyatın fəaliyyəti qismən bərpa olunusa da, metro bağlıdır. Səhiyyə qurumları dezinteriya və hepatit kimi su vasitəsilə ötürülən xəstəliklərlə əlaqədar əhaliyə xəbərdarlıq edib.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

24 İyul 2021 00:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Sentyabr 2021 | 00:43
COMAC-ın açıqlaması
18 Sentyabr 2021 | 00:40
Ukraynada rekord yoluxma
18 Sentyabr 2021 | 00:39
Hollivud ulduzu vəfat edib
17 Sentyabr 2021 | 00:16
“Google” cərimələnib

Köhnə versiyamızdan xəbərləri izlə