Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq strateji xarakter alır

Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strate­ji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan əsas vəzifə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını təmin etmək, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirmək və həmin qurumların fəal üzvünə çevrilmək idi. Ancaq, o dövrdə respublikaya rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi qonşularla münasibətləri getdikcə gərginləşdirir, ölkəni beynəlxalq aləmdən təcrid edirdi. Lakin, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə həyata keçirilən siyasi kurs Azərbaycan dövlətçiliyini möhkəmləndirməyə, inkişaf etdirməyə, milli mənafeləri qorumağa yönəltdi. O vaxtdan başlayaraq, ölkəmizin xarici siyasəti beynəlxalq hüququn norma və prinsipləri dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurulub.

Dünyada baş verən qlobal­laşma, demokratikləşmə və beynəlxalq aləmə inteqrasiya fonunda öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan kimi gənc bir dövlətin müstəqil xarici siyasət kursunun müəyyən edilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq və həmin qurumların üzvü olmaq zəruri məsələlərdən idi. Buna görə də, ilk növbədə, respublikamızın müstəqil bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili və xarici siyasətinin xarakteri və prioritetləri müəyyən edilməli idi. Bütün bunlar ulu öndərin siyasi uzaqgörənliyi sayəsində öz həllini yüksək səviyyədə tapdı.

Ulu öndərin Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qo­şulması ölkəmizin sosial-iq­tisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində həlledici əhəmiyyət kəsb etmiş­dir. Müstəqillik əldə etdikdən sonra Azərbaycan da daxil olmaqla postsovet məkanında yerləşən bütün dövlətlər özlərinin gələcək inkişaf strategiyasını müəyyənləşdirərkən iqtisadi-siyasi və sosial sahədə yüksək tərəqqiyə nail olmuş ölkələrin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların təcrübəsini əsas götürərək bundan yararlanmağı qarşılarına məqsəd qoydular. Bu illər ərzində qaza­nılan uğurlara nəzər yetirdikdə , postsovet ölkələri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləmdə daha böyük nüfuz sahibi ol­ması diqqəti cəlb edir. Həmin dövrdə ölkəmiz bir çox nüfuzlu təşkilatların üzvü olmaqla, həmin qurumlara sədrlik də etmişdir.

Beynəlxalq təşkilatların rəhbərlərinin ölkəmizə səfərləri, həmçinin Prezident İlham Əliyevin nüfuzlu qurumların tədbirlərində iştirakı və çıxışı böyük maraq­la izlənilir. Bu günlərdə Avropa İttifaqı Aİ Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə işgüzar səfəri, dövlətimizin başçısı ilə geniş tərkibdə görüşündən sonra birgə mətbuat konfransı keçirməsi beynəlxalq aləmin diqqət mərkəzində olmuşdur. Çünki Azərbaycan Avropa İttifaqı Şura­sının Prezidentini qalib ölkə kimi qarşılayırdı. Bu baxımdan səfər böyük əhəmiyyət kəsb edirdi.

Yeri gəlmişkən, Azərbaycan– Aİ münasibətləri 1991-ci ildə yaranmışdır. Lakin, qeyd etdi­yim kimi, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı digər sahələr kimi, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək də tamamilə unudulmuşdu. Ulu öndərin rəhbərliyi ilə 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadı. Həmin dövrdən etibarən Aİ-nin Azərbaycana yardımlarının miqyası və həcmi tədricən artmağa başladı. 1998- ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin etdi. 2000-ci ildə isə Azərbaycanın Aİ yanında nümayəndəliyi təsis edildi.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Av­ropa İttifaqı ilə əməkdaşlığın yeni müstəviyə qədəm qoyması istiqamətində bütün imkanlar­dan istifadə etdi. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edildi.

2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalandı. Həmin sənəd Azərbaycan Respublikası Prezi­dentinin 30 sentyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmişdir. Protokol 6 iyul 2016-cı il tarixində Avropa Parlamenti tərəfindən ratifikasiya olunaraq qüvvəyə minmişdir.

Avropa Parlamenti tərəfindən Azərbaycan əleyhinə əsassız və qərəzli qətnamələrin qəbul edilməsi Azərbaycan Respublikası Milli Məclisinin Avronest Parla­ment Assambleyasından çıxması, həmçinin Avropa Parlamenti ilə ikitərəfli dialoqun dayandırılma­sı barədə qərar qəbul etməsi ilə bir müddət Azərbaycanla Aİ arasında əlaqələrdə soyuqluq yaranmışdı. Lakin, Avropa Par­lamentinin müraciətinə əsasən, Azərbaycan Aİ ilə əməkdaşlığının parlamentlərarası ölçüsünün tam bərpasına razılıq vermişdir.

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyini dəstəkləyir. Eyni zamanda, təşkilata üzv ölkələr Dağlıq Qarabağın müstəqilliyini və bölgədə keçirilən qondarma seçkilərin heç birinin nəticələrini tanımayıb.

Sonrakı illərdə Azərbaycanın Aİ ölkələri ilə enerji , təhsil, ticarət, sərmayə və iqtisadi əlaqələri getdikcə möhkəmləndirilmişdir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrilmişdir. Dövlətimizin baş­çısı ötən günlərdə ölkəmizdə işgüzar səfərdə olmuş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birlikdə keçirdiyi mətbuat konfransında da bunu yüksək dəyərləndirdi.

Aİ Prezidenti ilə görüşün nəticəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev əməkdaşlıq, gələcək planlar, nailiyyətlər barədə çox səmərəli müzakirələr aparıldığını bildirdi. Şarl Mişelin Azərbaycana səfəri ikitərəfli tərəfdaşlığımızın yaxşı göstərcisi olduğunu vurğulayan dövlətimizn başçısı Avropa İttifa­qının bizim üçün yaxın tərəfdaş olduğunu diqqətə çatdırdı. Dedi ki, biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Ölkə Prezi­denti qeyd etdi ki, Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır və bu quruma üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş he­sab edir. Bu, bizim hökumətimizin çox böyük nailiyyətidir, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasın­da iştirak edən əsas ölkələrdəndir. Mətbuat konfransında bu məsələyə toxunan Prezident İlham Əliyev gündəliyin mühüm hissəsinin enerji təhlükəsizliyi ilə bağlı olduğunu vurğuladı. Bu mövzuda müzakirələr aparılarkən , təbii ki, tarixi nailiyyətlərdən, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından söhbət açılıb. Dövlətimizin başçısı ötən ilin sonuncu günündə Cənub Qaz Dəhlizinin axırıncı – dördüncü seqmenti olan Trans-Adriatik kəmərinin istismara verilməsini tarixi əhəmiyyət kəsb edən hadisə adlandırdı. Qeyd etdi ki, yanvarın 1-dən bugünədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə, İtaliya, Yunanıs­tan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Təbii ki, bu, son hədd ol­mayacaq və Avropa bazarına ixrac ediləcək təbii qazın həcmi artacaq.

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Respub­likamız Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası, həmçinin bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataq­larının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi inves­tisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur.

Prezident İlham Əliyev Azərbaycanın ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoyulduğunu da diqqətə çatdırdı . Azərbaycanın Ermənistan qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdiyi­ni və müharibəyə son qoyduğunu bildirdi: “Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazı­rıq. Bu gün biz cənab Prezidentlə planlarımızı, təşəbbüslərimizi və yeni yaranmış vəziyyətə yanaş­malarımızı geniş şəkildə müzakirə etdik. Düşünürəm ki, nisbətən, qısa zamanda xoş məram və çox praqmatik yanaşma nüma­yiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynaya­caq”.

Qonaqpərvərliyə və dövlətimizin başçısı ilə görüşmək fürsətinə görə təşəkkürünü bildirən Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanda innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış olduğunu bildirdi. Bakı limanında, həmçinin regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış olduğunu deyən Aİ Prezidenti Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyindən ibarət olmadığını bildirdi: “Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiya­lara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqi­lab birgə başladığımız layihələrin əsasında olmalıdır”.

Digər müzakirələrin bu ilin dekabrında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq zirvə görüşünə hazır­lıqla bağlı olduğunu bildirən Aİ Prezidenti “Bizim üçün gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsini aparmaq vacibdir” – deyə qeyd etdi. Hər iki tərəfdən həmin görüşə hazırlıq getdiyi vurğulandı.

Aİ Prezidenti Azərbaycan və Ermənistanla bağlı vəziyyətə də toxundu. Bu səfərdən bir neçə həftə əvvəl regional vəziyyətin təhlili ilə bağlı fikir mübadiləsi apar­maq üçün Prezident İlham Əliyevlə dəfələrlə telefon söhbəti olduğunu bildirdi. Azərbaycanın götürdüyü öhdəliklərə görə təşəkkürünü bildirən Şarl Mişel bunların atılan ilk addımlar olduğunu söylədi. Həm mina xəritələrinin olma­sını və digər tərəfdən, mühüm məsələ hesab edilən məhbuslar məsələsinin öz həllini tapmasından məmnunluğunu bildirən avropalı diplomat qeyd edilən məsələ ilə bağlı digər işlərin də yaxın vaxtlar­da görüləcəyinə ümidvar olduğunu bildirdi.

Ş. Mişel Avropa İttifaqı­nın müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirdi. Məsələn, sərhədlərin delimitasiyası məsələsi arzu edilərsə, bunun üçün Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa, Avropa monitorinqini etməyə hazır olduğunu diqqətə çatdırdı. Aİ Prezidenti daha geniş geosiyasi vəziyyətlə bağlı bir sıra məsələlərin də nəzərdən keçiril­diyini bildirdi: “Biz bir sıra sahədə, xüsusən də ölkənin dünyəvilik sahəsində Azərbaycanın göstərdiyi bəzi səyləri qeyd etdik. Bu möv­zuda dünyada bir çox debatlar getməkdədir”.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

24 İyul 2021 00:06 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə