Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadçı alimlər Qarabağın bərpası layihələrinə elmi dəstək verirlər

 

 

AMEA İqtisadiyyat İnstitutunda Qarabağın bərpa və yenidənqurma proqramlarının hazır­lanması üzrə Azərbaycan hökumətinin həyata keçirdiyi sistemli fəaliyyətə töhfə vermək məqsədilə Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıb. İqtisad elmləri doktoru, professor Akif Musayevin rəhbərlik etdiyi bu mərkəzin əsas məqsədi Qarabağın iqtisadiyya­tının yenidən qurulmasına elmi dəstək verməkdir. Bu barədə qəzetimizə açıqlamasında İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov bildirdi:

– İlkin baxış və qiymətləndirmələr təsdiq etdi ki, azad edilmiş ərazilərin əksər hissəsi tamamilə dağıdılmış, yaşayış üçün yararsız hala salınmış­dır. İndi Azərbaycan cəmiyyətinin və dövlətinin qarşısında bu ərazilərin bərpası, orada iqtisadiyyatın dirçəldilməsi, yenidən qurulması ilə bağlı irimiqyaslı vəzifələr dayanır. İnstitutumuzda yaradılmış Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi bərpa və yenidənqurma prosesləri üzrə tədqiqatlar aparır, yaşayış məntəqələrinin bərpasının, infrast­ruktur və həyat təminatı sistemlərinin yenidən qurulmasının, əhalinin öz da­imi yaşayış yerlərinə repatriasiyasının və bu qəbil digər problemlərin sosial-iqtisadi məsələlərini araşdırır.

Aparılan tədqiqatlar sırasında enerji təminatının, su və qaz təchizatının, kanalizasiya sistemlərinin bərpasına, nəqliyyat və telekommunikasiya sistemlərinin yenidən qurulması­na, mülki idarəetmə orqanlarının iş infrastrukturunun və sosial obyektlərin yenidən yaradılmasına xüsusi diqqət yetirilir. Mərkəzin işinə təkcə institutun əməkdaşlarını deyil, digər qurumların mütəxəssislərini, müstəqil ekspertləri də cəlb etmək nəzərdə tutulur.

İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və profes­sor Akif Musayev Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdində fəaliyyət göstərən “Akademik işçi qrupu”nun üzvüdürlər. Bununla yanaşı, institutun bir neçə əməkdaşı

“Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proq­nozlaşdırılması və effektiv təşkili” üzrə tədqiqat qrupunun üzvüdür. Bu tədqiqat dövlət sifarişi əsasında, müstəqil qrup şəklində fəaliyyət göstərən alimlər tərəfindən aparılır. Təlim heyətinə ADA Universitetindən və UNEC-dən daxil edilməsi nəzərdə tutulan mütəxəssislər də Akademik işçi və Effektiv repatriasiya üzrə tədqiqat qruplarının üzvləridir.

AMEA İqtisadiyyat İnstitutunun dövlət əhəmiyyətli sənədlərin–qanun layihələrinin və dövlət proqramla­rının hazırlanması və ekspertizası sahəsində ciddi və zəngin təcrübəsi olduğunu vurğulayan müsahibimiz daha sonra dedi:

– Qarabağın iqtisadiyyatının müasir standartlar səviyyəsində yenidən qururlmasında sahibkarların mühüm rolu olacaq. İnstitutun daha bir vacib hədəfi – ölkə sahibkarlarının post-konflikt reabilitasiyada iştiraka hazırlıq səviyyəsini qiymətləndirmək və zəruri təşviq mexanizmləri haqqında onların rəyini öyrənməkdir. Bu məqsədlə ADA Universiteti ilə birlikdə sahiblkarlar ara­sında sorgular keçirilir. Bərpa proqram­larının təkmilləşdirilməsi, post-konflikt ərazilərin yenidən qurulmasında ölkə sahibkarlarının işgüzar fəallığının yüksəldilməsi mühüm əhəmiyyətə malikdir.

Ötən ay Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində “Post-konflikt ərazilərin bərpası: biznes imkanları” mövzusun­da təlimlər təşkil edib. Təlimin iştirakçı­ları olan 30-dan artıq müxtəlif sahələri təmsil edən sahibkarla azad edilmiş ərazilərimizdə iqtisadiyyatın yenidən qurulması, sahibkarlığın inkişafı və yeni biznes imkanları geniş müzakirə edilib, Azərbaycan Beynəlxalq Bankı­nın iş adamlarına təqdim etdiyi məhsul və xidmətlər, eləcə də mühasibatlıq, biznesin təkmilləşdirilməsi ilə bağlı mövzular təqdim olunub.

Qarabağda bərpa və yenidənqurma, yeni iqtisadiyyat quruculuğu ölkəmizin sahibkarları qarşısında tamamilə fərqli, indiyədək görünməmiş, genişmiqyaslı və genişs­pektrli imkanlar açır. Söhbət sahib­karlarımızın, sadəcə, öz vətəndaşlıq borclarını yerinə yetirərək, bu ərazilərin həyata qaytarılmasında iştirakından deyil, eyni zamanda öz professional fəaliyyətləri çərçivəsində yeni biznes layihələri gerçəkləşdirməsindən gedir.

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

24 İyul 2021 00:05 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə