Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prokurorluqda istintaqı aparılan cinayət işləri üzrə 110 milyon manatdan çox maddi ziyanın 37,2 faizi ödətdirilib

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 110 milyon 533 min manat məbləğində maddi ziyan vurulduğu müəyyənləşdirilib. İstintaq tədbirləri ilə həmin maddi ziyanın 37,2 faizi - 41 milyon 72 min manatlıq hissəsi ödətdirilib.

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə iyulun 23-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad edilmiş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 668 min 949 manat məbləğində pul vəsaiti ödənilib.

Bundan başqa, ibtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 2021-ci ilin birinci yarımili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə 44 milyon manat məbləğində əmlak üzərinə həbs qoyulub.

23 İyul 2021 17:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə