Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdaşda şadlıq sarayında pandemiya dövrünün tələbləri pozulub

İyulun 22-də Ağdaş rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən "İnci” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

23 İyul 2021 16:53 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə