Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan milli komandası Tokio Olimpiadasında paraddan keçib

Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə start verilib.

 "Xalq qəzeti" xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da start götürən mərasimdə Azərbaycan millisi artıq paraddan keçib.

Bayrağımızı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb. Paradda bayraqdarlarımızı yığmamızın şef-de-missionu olan Gənclər və İdman Nazirliyinin idman müdiri Fərid Mansurovla yanaşı, 24 nəfərlik nümayəndə heyəti müşayiət edib. Komandamız açılış mərasimindən Yunanıstan, Qaçqın Olimpiya Komandası, İslandiya və İrlandiyadan sonra 5-ci keçib.

Koronavirus pandemiyası səbəbindən bir il sonra baş tutan Tokio-2020-nin açılış mərasimi azarkeşsiz keçirilir. Yaponiya Milli Stadionunda təşkil edilən tədbirə idmançılardan başqa ümumilikdə 950 rəsmi şəxs buraxılıb. Paradda pandemiya ilə bağlı tibbi maskalardan istifadə olunur və sosial məsafəyə riayət edilir.

Açılış mərasiminə gəlincə, tədbir işıq effektində kiçik kompozisiyalar, milli üslubda müxtəlif tamaşa nümunələri ilə başlayıb. Ardından rəsmi hissəyə start verilib, Yaponiya tarixinin ən məşhur idmançıları ölkənin bayrağını stadiona gətiriblər, dövlət himni səslənib.

Koronavirusdan vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yaponların müxtəlif musiqi ənənələri səslənib, buna uyğun maraqlı tamaşalar həyata keçirilib.

Dövlət simvollarının nümayişindən sonra idmançıların paradı başlayıb. Ənənəvi olaraq, Yunanıstan paraddan birinci keçib.

23 İyul 2021 15:49 - İDMAN
İDMAN
19 Oktyabr 2021 | 00:09
Ən bahalı futbolçular

Köhnə versiyamızdan xəbərləri izlə