Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq: Ölkə üzrə 8197 cinayət işinin istintaqı tamamlanıb

İyulun 23-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdan "Xalq qəzeti"nə verilən məlıumata görə, müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarının fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə məruzələr dinlənilib və ətraflı müzakirələr aparılıb.

Qeyd edilib ki, ölkə üzrə cəmi 8197 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 671-i prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 444, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 6399 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib.

23 İyul 2021 15:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə