Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahanlar davam edir

İyulun 23-də müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahanlar davam edir.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə bildirilib ki, imtahanlarda 3 min 288 namizədin iştirakı gözlənilir.

Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.

Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.

23 İyul 2021 10:49 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə