Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ hərbçilərinin 95 faizini Əfqanıstandan çıxarıb

 

“TOLO News”un yaydığı məlumata görə, ABŞ qoşunlarının Əfqanıstan ərazisindən çıxarılması prosesi praktik olaraq başa çatdırılıb. Bildirilir ki, Kabilin hüdudlarından kənardakı bütün hərbi bazalar tərəfdaşlara verilib.

 

Mənbə qeyd edir ki, bu barədə KİV-ə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, ge­neral Mark Milli bildirib. Onun sözlərinə görə, üç aydan da az vaxtda qoşunların 95 faizinin çıxarılmasına nail olunub. Bundan başqa, Kabildən kənarda yerləşən bütün hərbi bazalar Əfqanıstan Müdafiə Nazirliyinə və təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Qeyd edək ki, ABŞ və NATO qo­şunlarının rəsmi çıxarılması prosesinə mayın 1-də başlanıb. Həmin vaxtadək Əfqanıstanda 3 min 500 Amerika hərbi qulluqçusu və NATO-nun 7000 əsgəri qalmışdı. Əməliyyatların pik vaxtında isə ABŞ və müttəfiqlərinin bu ölkədəki hərbçilərinin sayı 150 mindən çox idi.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

23 İyul 2021 06:45 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 Sentyabr 2021 | 03:02
842 milyon avro ianə
25 Sentyabr 2021 | 03:01
Yeni treyler yayımlanıb
25 Sentyabr 2021 | 03:00
Avtoportret satılır
25 Sentyabr 2021 | 02:59
Rusiyada yeni antirekord
24 Sentyabr 2021 | 06:04
Loqo təqdim edilib
24 Sentyabr 2021 | 06:04
PUA-lar təhvil alınır

Köhnə versiyamızdan xəbərləri izlə