Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Kanada və Meksika ilə səyahət qadağasını uzadıb

ABŞ hökuməti şimal və cənub qonşuları olan Kanada və Meksika ilə özünün quru sərhədlərinin bağlı saxlanmasını bu il avqustun 21-dək uzatmağı qərara alıb. Bu barədə dünən “Amerikanın səsi” radiosu məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən son 30 günlük uzadılma qərarı Kanadanın bu il avqustun 9-dan etibarən tam peyvənd olunmuş amerikalıların səyahətinə icazə verməyə başlayacağını elan etməsindən sonraya təsadüf edir. Yeri gəlmişkən, 16 ay davam edən səyahət qadağaları hər iki ölkədə bir çox müəssisələrə ciddi zərər vurub.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları məhdudiyyətlərin etibarlı və davamlı şəkildə azaldıla biləcəyi şərtlərini müəyyənləşdirmək üçün kanadalı və meksikalı həmkarları ilə davamlı təmasda olduqlarını bildiriblər.

Kanadanın ölkəyə səfər edən ABŞ vətəndaşlarından tam peyvəndləmə tələb etməsi ABŞ hökumətini adekvat addımlar atmağa vadar edir. Ağ ev bu həftə səyahət məhdudiyyətlərini və ziyarətçilər üçün COVID-19 peyvəndlərinin vurulması potensialını müzakirə etmək üçün yüksək səviyyəli görüşlər təşkil etməyi planlaşdırır.

ABŞ mətbuatı yazır ki, müzakirələr ölkədə Delta variantı ilə bağlı artan narahatlıqlar fonunda baş verir. ABŞ-ın səhiyyə rəsmiləri COVID-19 yoluxmaları və ölümlərdə nəzərəçarpacaq dərəcədə artım olduğunu bildirir.

ABŞ hökuməti təkcə qonşuları ilə deyil, digər ölkələrlə də səyahət məhdudiyyətləri ilə bağlı məsləhətləşmələr aparır. Belə ki, Ağ ev keçən ay səyahət və sərhəd məhdudiyyətlərinin necə qaldırılacağını araşdırmaq üçün Avropa İttifaqı və İngiltərə ilə qurumlararası işçi qrupları yaradıb.

M.HACIXANLI, “Xalq qəzeti”

23 İyul 2021 08:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 Sentyabr 2021 | 03:02
842 milyon avro ianə
25 Sentyabr 2021 | 03:01
Yeni treyler yayımlanıb
25 Sentyabr 2021 | 03:00
Avtoportret satılır
25 Sentyabr 2021 | 02:59
Rusiyada yeni antirekord
24 Sentyabr 2021 | 06:04
Loqo təqdim edilib
24 Sentyabr 2021 | 06:04
PUA-lar təhvil alınır

Köhnə versiyamızdan xəbərləri izlə