Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şimal axını-2” qaz kəməri ilə bağlı razılığa gəlindi

 

 

Almaniya hökuməti Ukraynanın enerji sahəsində keçid dövrü üçün “yaşıl fond” yaratmağı öhdəsinə götürüb. Rəsmi Berlin, eyni zamanda, Rusiya qazının Ukraynadan nəqli haqqında sazişin müddətinin uzadılması üzrə məsələləri həll etmək üçün xüsusi nümayəndə təyin edəcək.

“İnterfaks.ru”nun verdiyi məlumata görə, bu barədə ABŞ və Almaniyanın birgə bəyanatında bildirilir: “ABŞ və Almaniya əmindir ki, qazın Ukrayna ərazisindən nəqlinin davam etməsi Ukrayna və Avropanın marağındadır. Bununla əlaqədar Almani­ya qazın Ukraynadan nəqli müddətinin daha 10 ilə qədər uzadılması üçün bütün mümkün təzyiq rıçaqlarından istifadə edəcək”.

Bundan əlavə, Almaniya Ukraynanın yaşıl enerjiyə keçidi və Rusiya qazından asılılığının azaldılması üçün xüsusi fondun yaradılması və idarə edilməsini də öz üzərinə götürəcək: “Alma­niya və ABŞ Ukraynanın yaşıl fonduna investisiyaları dəstəkləyəcək və üçüncü ölkələrin, eləcə də özəl sektorun müəssisələrinin bu məsələyə cəlbinə çalışacaq ki, fondun ümumi məbləği 1 milyard dollara çatsın”.

Bəyanatda qeyd edilir ki, Almaniya ilkin mərhələdə fonda 175 milyon dollar vəsait köçürəcək. Birləşmiş Ştatlar isə, öz növbəsində, fonda siyasi və texniki yar­dım şəklində dəstək verəcək. Fondun ölkədə bərpa olunan enerji mənbələrinin inkişafına kömək edəcəyi bildirilir.

Almaniya həm də Moskvanın enerji daşıyıcı­larından Ukraynaya qarşı silah kimi istifadə etməyə çalışacağı təqdirdə Rusi­yaya münasibətdə tədbirlər görməyə hazır olduğunu bəyan edib. Berlin həm milli, həm də Ümumavro­pa səviyyəsində tədbirlər görəcək, lazım gəldikdə sanksiyalar tətbiq ediləcək.

Qeyd edək ki, ABŞ və Almaniya “Şimal axını-2” layihəsi ilə bağlı ümumi mövqelərini razılaşdırıblar. Birgə bəyanatda bu razılaş­maların əsas müddəaları göstərilib. ABŞ dövlət katibi­nin müavini Viktoriya Nuland bəyan edib ki, ABŞ və Al­maniya “Şimal axını-2” üzrə razılaşmada Rusiya qazının Ukraynadan nəqli müddətinin daha 10 il uzadılmasını, Ukraynanın Rusiya qazından asılılığının azaldılmasını dəstəkləyirlər.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

23 İyul 2021 08:52 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 Sentyabr 2021 | 03:02
842 milyon avro ianə
25 Sentyabr 2021 | 03:01
Yeni treyler yayımlanıb
25 Sentyabr 2021 | 03:00
Avtoportret satılır
25 Sentyabr 2021 | 02:59
Rusiyada yeni antirekord
24 Sentyabr 2021 | 06:04
Loqo təqdim edilib
24 Sentyabr 2021 | 06:04
PUA-lar təhvil alınır

Köhnə versiyamızdan xəbərləri izlə