Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AZERBAIJAN RIGS”MMC AÇIQ TENDER ELAN EDİR

“AZERBAIJAN RIGS”MMC

hüquq xidmətlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Xidmətləri həyata keçirmək üçün ten­der iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə yalnız Azərbaycan Respublikasında hüquq xidmətlərinin göstərilməsi sahəsində azı 5 il (tender haqqında elanın dərc edildiyi tarixədək) fasiləsiz fəaliyyət göstərən şirkətlər iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər ətraflı məlumatı və tenderin əsas şərtlər toplusunu 50 (əlli) manat məbləğində iştirak haqqını dövlət satınalmalarının https://www.etender.gov.az ünvanlı vahid internet portalından (portal) aşağıdakı hesaba köçürdükdən sonra əldə edə bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

H/h- AZ90IBAZ40060029441112555120

VÖEN- 1402550251

Bank- “ABB” ASC-nin Müştəri Xidməti Departamenti

Kod- 805250

VÖEN- 9900001881

M/h- AZ03NABZ01350100000000002944

S.W.İ.F.T: IBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün müvafiq qaydada rəsmiləşdirilmiş aşağıdakı sənəd və məlumatları portal vasitəsilə təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);

- tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd;

- tender təklifi (elektron satınalmanın açılış tarixindən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin bir faizi məbləğində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);

- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- Azərbaycan Respublikasında dövlət qeydiyyatı haqqında sənədin surəti;

- VÖEN-i, bank rekvizitləri və əlaqə tele­fonları;

- müqaviləni bağlamaq səlahiyyəti olması haqqında iddiaçının yazılı təsdiqi və müvafiq lisenziya və icazələri;

- satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçuları­nın peşəkar fəaliyyətləri, yaxud müqavilənin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların mü­vafiq peşə fəaliyyəti ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən məhkumluq haqqında arayışlar;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması haqqında müvafiq vergi orqanından arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommer­siya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında müvafiq vergi orqanından alınmış yüklülük arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması və heç bir vaxt riskli vergi ödəyicisi olmaması haqqında müvafiq vergi orqanından arayış;

- müqavilənin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığı­nın olması haqqında iddiaçının təqdimat və təsdiqi;

- mikro, kiçik, orta və iri sahibkarlıq subyektinə aid olması barədə məlumat (arayış formasında Dövlət Statistika Komitəsindən və ya onun müvafiq qurumla­rından alınmalıdır).

Sənədlər (tender təklifi və bank təminatı istisna olmaqla) 26 avqust 2021-ci il saat 18.00-dan, tender təklifi ilə bank təminatı isə 6 sentyabr 2021-ci il saat 18.00-dan gec olmayaraq təqdim edilməlidir.

Elektron satınalmanın açılışı 7 sentyabr 2021-ci il saat 12.00-da portal tərəfindən həyata keçiriləcəkdir.

Tender komissiyası

23 İyul 2021 06:39 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə