Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi AÇIQ TENDER ELAN EDİR

Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi

2021-ci ildə yaşıllıqların salınması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot- 1. Yaşıllıqların salınması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respub­likası Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender işti­rakçıları lazımi texniki və maliyyə imkanlara malik olmalıdırlar.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın sonuna qədərdir.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs-Müşfiq Məmmədov. Ün­van-Sumqayıt şəhəri, 41-ci məhəllə.

E-mail: İ[email protected]

Maraqlananlar tenderin əsas şərtlər toplusu­nu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı 200 manatdır.

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

Təşkilat- Sumqayıt Şəhər İH MKTİB-in Yaşıl­laşdırma İdarəsi

ABB-nin Sumqayıt filialı

Kod-805658

VÖEN- 9900001881

M/h-AZ03NABZ 01350100000000002944

H/h- AZ32İBAZ 38060019449616318213

VÖEN-2900390241

SWIFT BİK - AİİBAZ 2 X

Malgöndərənlər (podratçılar) iddiaçı statu­su almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıl­dığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi ten­der təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti ten­der təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olu­nan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçı­ların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olma­ması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 16 avqust 2021-ci il saat 12.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını 24 avqust 2021-ci il saat 12.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 25 avqust 2021-ci il saat 12.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

 

23 İyul 2021 08:46 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə