Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Nizami rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, seminar-müşavirədə FHN DYNX-nin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edən daxili xidmət mayoru Mircavad Seyidov, İcra Hakimiyyəti başçısının I müavini Qərib Məmmədov, habelə rayonun aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Seminar-müşavirədə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri, xüsusilə yolkənarı və kommunikasiya xətləri keçən sahələrin quru ot və kol-kosdan təmizlənməsi, yanğına qarşı su təchizatı sistemlərinin saz vəziyyətdə saxlanılmasının vacibliyi və digər tələblər diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

22 İyul 2021 17:21 -

Köhnə versiyamızdan xəbərləri izlə