Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəyə göndərilən daha 6 qazimiz sağalaraq Vətənə geri dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə geri dönüb:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Xalq qəzeti"nə bildiriblər ki, onlar Quliyev Adil Şahbaz oğlu, Əliyev Ruslan Mustafa oğlu, Rüstəmli İlkin Elçin oğlu, Əliyev Qismət Nəsib oğlu, Ağaşov Qulu Rövşən oğlu, Vəçhiyev Çingiz Məmməd oğludur.

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Həmin qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau 

Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.

22 İyul 2021 19:42 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə