Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UEFA Çempionlar Liqası: Bu gün “Neftçi" klubu Yunanıstanda “Olimpiakos”un qonağı olacaq

İyulun 21-də “Neftçi” komandası UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Yunanıstanın Pirey şəhərində keçiriləcək görüşdə rəqib “Olimpiakos” komandası olacaq. “Georgios Karaiskakis” stadionunda keçiriləcək qarşılaşmanı portuqaliyalı referi Joao Pinyeyru idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

“Neftçi” UEFA Çempionlar Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayıb. Bakı təmsilçisi Tbilisinin “Dinamo” komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. “Olimpiakos” isə birbaşa bu mərhələdən çıxış etməyə başlayacaq.

Cütün qalibi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Mura” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) duelinin qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Malmö” (İsveç) - HİK (Finlandiya) qarşılaşmasında uduzan tərəflə üz-üzə gələcək.

21 İyul 2021 20:14 - İDMAN
İDMAN
24 İyul 2021 | 00:40
Veynaldum PSJ-yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə