Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan hərbçiləri beynəlxalq “Agile Spirit 2021” hərbi təlimlərində iştirak edəcək

Gürcüstanda beynəlxalq “Agile Spirit 2021” hərbi təlimləri keçiriləcək. Tədbirdə Azərbaycan hərbçiləri də iştirak edəcək.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının saytında məlumat yerləşdirilib.

“Tədbirdə Gürcüstan və ABŞ-dan əlavə, NATO-nun 13 ölkəsi, həmçinin alyansın tərəfdaşı olan dövlətlər iştirak edəcək. Onların arasında Almaniya, Böyük Britaniya, Estoniya, Latviya, Litva, Polşa, Türkiyə, Ukrayna, Azərbaycan da var”, - deyə məlumatda bildirilir.

Təlimlərə ümumilikdə 2,5 mindən çox hərbi qulluqçu cəlb ediləcək.

Tədbir 26 iyul - 6 avqust tarixləri üçün planlaşdırılıb.

21 İyul 2021 17:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə