Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

75-ci Kann Film Festivalının vaxtı müəyyənləşib

75-ci Kann Film Festivalı 2022-ci ildə mayın 17-dən 28-dək keçiriləcək.

Bu haqda festivalın tviter hesabında məlumat verilib.

Qeyd edək ki, 74-cü Kann Film Festivalının “Qızıl Palma” mükafatına 37 yaşlı fransız rejissor və ssenaristi Culia Dükurnonun “Titan” filmi layiq görülüb. O, 28 ildən sonra yeni zelandiyalı Ceyn Kamyondan (Jane Campion) sonra bu mükafatı qazanan 2-ci qadın rejissordur. Ceyn Kampyon bu mükafata “Pianino dərsi” filminə görə layiq görülmüşdür. 74-cü Kann Film Festivalının münsiflər heyətinə amerikalı rejissor Spike Lee sədrlik edib.

21 İyul 2021 12:37 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
25 İyul 2021 | 00:51
Dahi şairin adına layiq

Köhnə versiyamızdan xəbərləri izlə