Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəkidə 30 hektar ərazi yanıb

Dünən axşam Şəkinin Kiş kəndi ərazisində kənd sakinlərinə məxsus əkin sahələrində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Əkin sahələrində başlayan yanğın yaxınlıqdakı “Salıncaq” adlanan meşə ərazisinə də keçib. Yanğın nəticəsində ümumilikdə 30 hektar ərazidə biçilmiş taxıl sahəsi, meşə ərazisində isə kol-kos və qurumuş ot yanıb. Yanğının meşə ərazisindəki iri ağaclar olan hissəsinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

21 İyul 2021 11:21 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə