Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tokio Olimpiadasının təşkilatçıları koronavirusla əlaqədar Oyunların ləğvinin mümkünlüyünü istisna etmirlər

Tokio Olimpiadasının təşkilatçıları koronovirusla əlaqədar Oyunların ləğvinin mümkünlüyünü istisna etmirlər.

Bu barədə “Tokio-2020”nin təşkilat komitəsinin baş direktoru Toşiro Muto son sutka ərzində oyunlarla əlaqədar daha 10 nəfərin koronavirusa yoluxmasını şərh edərkən deyib. Ümumilikdə artıq 68 nəfərin virusa yoluxduğunu qeyd edən T.Muto xəstəliyin kəskin artacağı təqdirdə Olimpiya Oyunlarının ləğvinin mümkünlüyünü bildirib.

“Biz koronavirusa yoluxma hallarının necə dəyişəcəyini əvvəlcədən söyləyə bilmərik. Buna görə də yoluxma sayı kəskin artacağı təqdirdə biz müzakirələri davam etdirəcəyik.

Əldə edilən razılaşmaya görə, koronavirusla əlaqədar vəziyyətdən asılı olaraq biz beştərəfli müzakirələri yenidən davam etdirəcəyik. Hazırda koronavirusa yoluxma sayı həm arta, həm də azala bilər. Buna görə də biz belə vəziyyət yaranacağı təqdirdə hansı addımları atmalı olduğumuzu düşünürük”, - deyə baş direktor bildirib.

Xatırladaq ki, Olimpiya Oyunlarına iyulun 23-də start veriləcək və yarışlar avqustun 8-dək davam edəcək.

21 İyul 2021 10:26 -

Köhnə versiyamızdan xəbərləri izlə