Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynada məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək

Ukraynada məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək. NATO-ya üzv olmaq yolunda belə bir addım atılmalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli KİV-ə müsahibəsində Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının rəhbəri Aleksandr Kornienko bildirib.

Onun sözlərinə görə, Prezident Vladimir Zelenski tərəfindən imzalanan hərbi strategiya tədricən həyata keçirilməyə başlanılıb. Bu islahatlara məcburi çağırışın ehtiyatda olan xidmətlə əvəzlənməsi də daxildir.

“Bu, artıq 2023-cü ildən mümkündür. Hərbi çağırış məntəqələrində də islahat aparılacaq. Bütün bu islahatlar NATO-ya üzvlük planı ilə əlaqəli olduğu üçün gözlənilir. Hərbi islahat davamlı olaraq aparılacaq”,- deyə Aleksandr Kornienko əlavə edib.

21 İyul 2021 09:44 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 İyul 2021 | 00:46
ÜST-ün təklifi rədd edildi
23 İyul 2021 | 06:49
Çində güclü daşqın

Köhnə versiyamızdan xəbərləri izlə