Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Mətbuat Günü münasibətilə onlayn viktorina keçiriləcək

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 22 iyul - Milli Mətbuat Günü münasibətilə onlayn viktorina keçirəcək.

Əsas məqsəd Azərbaycanda milli mətbuat tarixinin keçdiyi şərəfli yolu öyrətmək və gənclər arasında bu sahəyə maraq oyatmaqdır.

Viktorinanın sualları iyulun 22-də saat 14:00-dan 14:30-dək Respublika Uşaq Kitabxanasının www.clb.az internet ünvanında, feysbuk və instaqram sosial şəbəkələrindəki profillərində yayımlanacaq. Oxucular 30 dəqiqə ərzində suallara cavabı Respublika Uşaq Kitabxanasının [email protected][email protected][email protected] poçt ünvanlarına göndərməlidirlər.

Qalibə kitabxana tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 3 kitab hədiyyə ediləcək.

Onlayn viktorinanın qalibi haqqında məlumat kitabxananın sosial şəbəkələrdəki hesabları vasitəsilə açıqlanacaq.

21 İyul 2021 09:12 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
25 İyul 2021 | 00:51
Dahi şairin adına layiq

Köhnə versiyamızdan xəbərləri izlə