Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyanın Baş prokuroru Qurban bayramı ilə əlaqədar Azərbaycanın Baş prokurorunu təbrik edib

İyulun 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı olub.

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə Baş Prokurorluğun instaqram və feysbuk səhifələrində məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, İqor Krasnov zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Baş prokuror Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbətində dövlətlərimizin başçılarının rəhbərliyi ilə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq-mühafizə sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

20 İyul 2021 15:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə