Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatalada polislər şəhid ailələrini ziyarət ediblər

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı ilə əlaqədar rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, ziyarət zamanı şəhidlərin əziz xatirəsi yad edilib, onların qəhrəmanlıqlarından söhbət açılıb.Gətirilən bayram sovqatları ailələrə təqdim olunub və polislər bayram münasibətilə onları təbrik ediblər.

Şəhidlərimizin ailə üzvləri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

20 İyul 2021 15:13 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə