Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Prezidenti ölkə müsəlmanlarını Qurban bayramı ilə əlaqədar təbrik edib

Rusiya Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya Prezidenti millətlərarası razılığın, mədəni rəngarəngliyin qorunub saxlanmasında İslam dəyərlərinin əhəmiyyətini qeyd edib. V.Putin vurğulayıb ki, kökünü əsrlərdən götürən Qurban bayramı insanları xeyirxahlığa, ədalətə, imana çağırır.

Prezident qeyd edib ki, bütün dünya dinlərinin təməlini təşkil edən bu yüksək humanist, mənəvi ideallar Rusiya cəmiyyətinin birləşməsinə xidmət edir.

20 İyul 2021 14:51 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə