Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibkarların bu ay Kəlbəcər və Laçına səfəri təşkil olunacaq

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 657 müraciət olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun bu gün keçirilən iclasında qeyd edilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə (Kəlbəcər və Laçın rayonlarında) ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat mallar dükanları, aptek, bankomat, YDM və s. açılması məqsədilə müvafiq şirkətlərlə görüşlər keçirilib. Razılaşdırılmış qrafik və marşrut üzrə qeyd olunan rayonlar üzrə cari ay ərzində sahibkarların ərazilərə səfəri nəzərdə tutulur.

19 İyul 2021 20:03 - İQTİSADİYYAT
İQTİSADİYYAT
2 Avqust 2021 | 12:47
AMB-nin valyuta məzənnələri
2 Avqust 2021 | 09:32
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə