Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyanın nəhəng “Toyota Motor” şirkətinin prezidenti Olimpiadanın açılış mərasiminə qatılmayacaq

“Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının sponsoru, Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota Motor” şirkətinin prezidenti Akio Toyoda Oyunların açılış mərasimində iştirak etməyəcək.

 

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Kyodo agentliyi iyulun 19-da etibarlı mənbələrə istinadla məlumat yayıb.

 

Həmçinin bildirilir ki, “Toyota Motor” şirkətin nüfuzuna xələl gətirməmək üçün olimpiada ilə bağlı reklam çarxını da Yaponiya televiziyasında yaymağı planlaşdırmır.

 

Qeyd edək ki, iyulun 18-də Kyodo agentliyi Tokio Olimpiadası ilə əlaqədar təşkil etdiyi rəy sorğusunun nəticələrini yayıb. Sorğunun nəticəsinə görə, Yaponiya sakinlərinin 87 faizi Olimpiada zamanı yeni koronavirusun ölkədə daha çox yayılmasından ehtiyat etdiyini bildirib.

 

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən yarışlar bir il müddətinə təxirə salınıb. Təşkilatçıların qərarına görə Oyunlar əcnəbi tamaşaçılar olmadan təşkil ediləcək və Tokio da daxil olmaqla altı prefekturanın sakinləri idman obyektlərinə buraxılmayacaq. Olimpiadanın açılış mərasiminə cəmi 4 gün qalmasına baxmayaraq, ölkədə vəziyyət gərgin olaraq qalır. Tokioda gündəlik yoluxma halı min nəfəri ötməkdə davam edir. Ölkədə epidemioloji vəziyyət gərgin olduğuna görə iyulun 12-dən avqustun 22-dək Tokioda fövqəladə vəziyyət rejimi elan edilib.

19 İyul 2021 19:47 - İDMAN
İDMAN
1 Avqust 2021 | 01:26
Müqavilə yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə