Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşa, Xocalı, Kəlbəcər və daha 7 rayonda daşınmaz əmlakın çöl inventarlaşdırma işləri başa çatıb

Ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 307 daşınmaz əmlakın (10 483 ədəd tikili və 2 824 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb və Laçın rayonu ərazisində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun bu gün keçirilən iclasında qeyd edilib.

Əlaqələndirmə Qərargahının qəbul etdiyi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verilib.

Bildirilib ki, həmçinin 10 rayon üzrə 177 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 2 yaşayış məntəqəsində işlər davam etdirilərək, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib.

19 İyul 2021 15:41 - İQTİSADİYYAT
İQTİSADİYYAT
2 Avqust 2021 | 12:47
AMB-nin valyuta məzənnələri
2 Avqust 2021 | 09:32
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə