Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bədii gimnastlarımız İsraildə keçirilmiş Qran-Pri yarışlarında beş medal qazanıblar

Olimpiya Oyunlarından əvvəl bədii gimnastlarımızın sonuncu sınağı İsraildə təşkil edilmiş Qran-Pri yarışları olub.

"Xalq qəzeti" Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə iştirak etmək üçün Zöhrə Ağamirova, Arzu Cəlilova, eləcə də qrup hərəkətləri komandasının heyətində Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Nərminə Səmədova Tel-Əviv şəhərinə yollanıblar.

Qızlarımız komandamızın hesabına 5 bürünc medal yazdırıblar. Qrup hərəkətləri komandamız yarışda “het-trik” edib. Onlar yarışın birinci günündə çoxnövçülükdə, final günü isə həm 5 top, həm də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarına görə bürünc medal qazanıblar.

Daha iki bürüncü isə komandamızın aktivinə A.Cəlilova yazdırıb. Gənclərin dünya çempionatının ikiqat mükafatçısı olan A.Cəlilova Qran-Pri ilə birlikdə keçirilmiş beynəlxalq turnirdə top və gürzlərlə çıxışına görə dubl edib. Lentlə hərəkətlərdə finala adlamış Olimpiya Oyunlarına lisenziya sahibi Z.Ağamirova isə həlledici mərhələdə 5-ci yerdə qərarlaşıb.

19 İyul 2021 11:29 - İDMAN
İDMAN
25 Sentyabr 2021 | 03:03
Benzema üçün əlamətdar matç
21 Sentyabr 2021 | 00:04
Milli komanda Avropa çempionu olub

Köhnə versiyamızdan xəbərləri izlə